Bu dəfə Pan Gi Muna “ilişdi”, cavab gecikmədi - Yenilənib

09.09.2016
17:37 
 
Filippin prezidenti Rodriqo Duterte onu insan haqlarını pozmaqda ittiham edən BMT baş katibi Pan Gi Muna "axmaq” deyib.

Bu barədə İTAR-TASS məlumat yayıb.

Məlumata görə, Rodriqo Duterte bildirib: "Mən demişəm ki, Pan Gi Mun sən sadəcə növbəti axmaqsan. Cinayətkarlara qarşı kampaniyanı davam etdirəcəyəm, onlara yazığım gəlmir. Vecimə də deyil. Mən beynəlxalq ictimaiyyət respublikasının yox, Filippinin prezidentiyəm",

Xatırladaq ki, Duterte bu yaxınlarda ABŞ prezidenti Obamaya "köpək oğlu" deməsi ilə gündəmə gəlmişdi. Baxmayaraq ki, sonradan Ağ Ev sahibinin ünvanına heç nə demədiyini bəyan etdi./virtualaz.org/
 
--------------
10.09.2016 
13:38
 
BMT Filippin prezidenti Rodriqo Dutertenin qurumun baş katibi Pan Gi Munu "axmaq” adlandırmasına reaksiya verib.

Baş katibin müavini Farxan Xak bildirib ki, BMT Dutertenin sözlərini yersiz hesab edir, lakin cavab olaraq onu təhqir etmək niyyətində deyil. Xak, həmçinin əlavə edib ki, həmin sözün beynəlxalq əlaqələrdə yeri yoxdur.

Qeyd edək ki, Filippin prezidenti son günlər dünya liderlərini söyməklə gündəmdədir./qafqazinfo.az/

MediaFax