Bu banklar da bağlanır - Siyahı

Manatın kəskin devalvasiyası, vətəndaşların banklara olan inamının günü-gündən aşagı düşməsi Azərbaycandakı bankları tam iflic edib. 

Yaranmış vəziyyətdən çıxış yolu tapa bilməyən bank rəhbərləri artıq müflis olmuş hesab olunurlar. Sadəcə müştərilər qarşısında olan-qalan inamı itirməmək üçün aldadıcı yollarla vaxt udmağa çalışırlar. Uzun zamandır bu metodlardan istifadə edən bank rəhbərlərinə artıq ciddi xəbərdalıqıların edildiyi bildirilir.

Azərbaycandakı bankların əksəriyyəıti demək olar heç bir halda, zaminlə, iş yerindən arayışla, girov sənədi olsa belə kredit vermir. Amma telekanallar və müxtəlif mətbu orqanlarda yalançı kredit reklamları davam edir. Bu isə vətəndaşlara qarşı haqsızlıqla yanaşı, daha çox inamın itirilməsi deməkdir.

Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın günlərdə səs-küyə səbəb olacaq daha bir neçə bankın - "Unibank", "Yapıkredi Bank", "Acces" Bank-ın bağlanması elan olunacaq. Ehtimal ki, bu banklar arasında ilk olaraq "Yapıkredi Bank"ın müflis olması elan ediləcək.

MediaFax