Bu ağaclar təhlükə saçır - Video

Bəzən insan həyatı tükdən asılı olur, elə çürümüş ağacların altından keçən insanlar kimi.

Qaxda belə ağacların altından hər gün yüzlərlə insan keçir. Magistral yolun kənarında çürümüş, yüngül bir külək nəticəsində aşmağa hazır olan çox belə ağac var.

Elə bir balaca külək əsən kimi yol boyu qırılaraq yerə tökülən budaqlar da bunu təsdiq edir.

İndiyədək rayon ərazisində ağac qırılması ilə xəsarət alan olmasa da, bunun heç vaxt olmayacağına heç kim zəmanət verə bilməz. Odur ki, önünə, ayağının altına baxdığın qədər də başının üstünə baxmaq lazımdır ki, qırılan budaq ömrünü yarıdan qırmasın.

Hələ ağacların sınması səbəbindən naqillərinin tez-tez qırılması, bu üzdən elektrik verilişinin dayanmasını demirik. Əlaqədar qurum rəsmisi isə ağacların budandığını, quruyan budaqların vaxtaşırı kəsildiyini söyləsə də, prosesin o qədər də sadə olmadığını deyir.

Yəni, bu işlər əsasən ildə bir dəfədən çox olmayaraq aparılır./musavat.com/
 


MediaFax