Bryus Linin sirli əlyazmaları tapıldı

Şərq əlbəyaxa döyüşünün ustası, əfsanəvi Bryus Linin sirli əlyazmaları ortaya çıxıb.
 
Bu əlyazmalar intensiv məşqlər zamanı yazılıb. İdmançı məşqdən azacıq yayınaraq öz hisslərini qeydə alıb və bunu "özümlə müqavilə” adlandırıb.
 
Bryus Linin ortaya çıxan əlyazmasından bir neçə qeydi təqdim edirik.
 
İradənin gücü haqda: İlahi qüvvənin idrak sistemimin bütün guşələrinə verdiyi gücü dərk edərək, bu gücdən hər dəfə mənə təkan lazım olanda istifadə edəcəm və bu vərdişimi ən azı gündə bir dəfə iradəmin gücündən istifadə etmək üçün işə salacam.
 
Emosiyalar haqda: Emosiyalarım pozitiv və neqativ ola bilər. Daha çox pozitiv emosiyaları sınaqdan keçirirəm və neqativi hər hansı vacib fəaliyyətə çevirirəm.
 
Həyat haqda: Sən həyatda heç vaxt gözlədiyindən çox nəsə ala bilməyəcəksən. Fikirlərini nəyi istəyib, nəyi istəməməyinə yönəlt. Ətrafında baş verənlərə şahidlik et. İcazən olmadan kimsə səni incidə bilməz. Psixoloji səviyyədə öz içində heç kim ol.
 
Qeyd edək ki, əfsanəvi Bryus Li 1940-cı il noyabrın 27-də San-Fransisko şəhərində anadan olub. Kinoya ilk dəfə Honkonqda uşaq yaşlarında çəkilib.
 
Onun "Böyük boss” (1971) və "Qəzəb yumruğu” (1972) filmləri aktyora dünya şöhrəti gətirib.
 
Bryus Li 1973-cü il iyulun 20-də Honkonqda baş ağrısı dərmanı içərkən qəfildən vəfat edib. "Əjdahanın çıxışı” (1973) filmi onun üçün sonuncu olub və bu film aktyorun ölümündən bir neçə həftə sonra ekranlara çıxıb./axar.az/

MediaFax