Bred Pitt Colidən ayrılmağından danışdı

Bred Pitt Ancelina Colinin ayrılmaları haqda bəyanatından əsəbiləşib və hesab edir ki, o, övladlarını təhlükə altında qoyub.
 
Hollivud ulduzu həyat yoildaşının boşanma ilə bağlı ərizə ilə müraciətinə reaksiyası sərt olub.
 
Pittin dostlarının sözlərinə görə, o, hiddətlənib: "Ancelina hər şeyi ayaqdan başa çevirib və günahı onun üstünə ataraq deyib ki, o, pis atadır və uşaqlar üçün təhlükə yaradır, qəzəb tutmaları keçirir, spirtli içki və siqaretdən istifadəni artırıb”.
 
Pitt son günlər Colini ayrılığı böyümüş adamlar kimi və uşaqların xətrinə səs-küysüz həyata keçirməyi təklif edib. Ancaq həftənin ikinci günü aktrisanın vəkili Robert Offer aşkar şəkildə boşanmaqla bağlı ərizə verildiyini təsdiqləyib.
 
Bred Pitt bundan sonra bəyan edib ki, Ancelina cəhənnəmin qapısını açıb./modern.az/

MediaFax