BMT yeni rəhbərini seçdi - Yenilənib

10:05 
 
Bu gün BMT-nin yeni baş katibi seçiləcək.
 
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu posta yeganə namizəd Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreşdir.
 
Səsvermə BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında yerli vaxtla saat 10:00-da baş tutacaq. Səsvermədən sonra BMT-nin hazırkı baş katibi Pan Qi Mun və A.Qutyerreş arasında görüş keçiriləcək.
 
BMT Təhlükəsizlik Şurası oktyabrın 6-da təşkilatın baş katibi postuna Antoniu Quterreşin namizədliyini irəli sürüb.
 
BMT-nin hazırkı baş katibi Pan Qi Munun səlahiyyət müddəti başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.
 
67 yaşlı A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarı olub.
 
---------------
18:37 
 
BMT-nin yeni baş katibi seçilib.
 
Yeni baş katib portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.
 
Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.
 
1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb.  
 
O, 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub./APA/

MediaFax