“BMT problem həll etmir, problem yaradır” - Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BMT-nin potensialını reallaşdırmadığını söyləyib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp Floridada olarkən jurnalistlərə açıqlamasında bildirib.

"Onun möhtəşəm potensialı var (BMT-red), amma o, bunu doğrultmur. BMT-nin problemləri həll etdiyini görürsünüz? Həll etmir, o problem yaradır. Əgər o potensialını doğrultsa, bu çox yaxşı olacaq. Doğrultmasa bu vaxt və pul itkisi olacaq”,-deyə Tramp vurğulayıb.

MediaFax