Biz suriyalıların ümidlərini məhv etdik - BMT

BMT Təhlükəsizlik Şurası Suriya əhalisinin ümidlərini puç etdi.

Bunu jurnalistlərə açıqlamasında BMT Baş katibi Pan Gi Mun söyləyib. Əsəd rejimini tənqid edən baş katib Hələbin artıq cəhənnəm sözünün sinonimi olduğunu bildirib:

"Suriyada əsas məsələ danışıqların kimlər tərəfindən aparılması yox, həmrəyliyin olmamasındadır. İndi çox dar mənada olan şəxsi və milli maraqlara hədəflənirlər. Bu yanaşma artıq yüz minlərlə insanın ölümünə səbəb olub”./axar.az/

MediaFax