Biz siçan da yemişik - Somali piratlarının girovları

Təxminən beş il Somali piratlarının girovluğunda qaldıqdan sonra azad edilmiş bir qrup dənizçinin sağ qalmaq üçün siçan əti yediyini xilas olanlardan biri BBC-ə bildirib.

Filippinli dənizçi Arnel Balberi deyib ki, onlara az miqdar su verilib və özlərini "gəzən ölülər" kimi hiss edirlər.

26 dənizçi 2012-ci ildə gəmilərilə birgə ələ keçirildikdən sonra tədricən Somaliyə aparılıblar.

Onlar pul qarşılığında şənbə günü azadlığa buraxılıblar.

Dənizçilər Çin, Filippin, Kamboca, İndoneziya, Vyetnam və Tayvandandırlar.

Piratsız Okean (OBP) qeyri hökumət təşkilatının bildirdiyinə görə, 2012-ci ildə gəmi ələ keçirilərkən dənizçilərdən biri qətlə yetirilib.

Bir il sonra gəmi batıb və heyət Somaliyə gətirilib. Daha sonra iki dənizçi xəstəlikdən həlak olub.

Cənab Balbero BBC-ə bildirib ki, son dörd il yarımdan sonra onlar özlərini "gəzən ölülər" kimi hiss edirlər.

Piratların onlarla necə rəftar etdiyi sualına o: "Onlar bizə az miqdar su verirdilər... Biz siçan yemişik. Bəli, biz onu meşədə bişirirdik".

"Biz hər şeyi yeyirdik, hər şeyi. Ac olanda yeyirsən"./virtualaz.org/

MediaFax