Biri binadan yıxıldı, digəri quyuya düşdü... - Bakıda azyaşlıların faciəsi

Bakıda daha bir azyaşlı faciəli şəkildə ölüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 14-də paytaxtın Nizami rayonunda 3 yaşlı Fərid Hüseynov evlərinin eyvanından (5 mərtəbəli binanın 3-cü mərtəbəsindən) yıxılıb. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
 
X X X
 
Bakı şəhərində 1 yaşlı uşaq faciəli şəkildə ölüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb.
 
Faktla bağlı araşdırma aparılır.

MediaFax