Biabırçı video qalmaqalındakı direktorun SƏS YAZISI YAYILDI - AUDİO

Şəmkir kənd məktəbinin direktoru Akif Namazovun səsyazısı üzə çıxıb. 

Belə ki, məktəbdə laborant işləmiş Xatirə Əliyeva direktorun müəllimlərdən rüşvət almasını əks etdirən səsyazısını musavat.com-a təqdim edib. 

Direktora aid olduğu iddia edilən səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur: "Sənin işini, zad yoxdurmu, imtinanı ləğv etmək olar. Edəkmi deyirəm, imkan varmı? Zəng ediblər, deyirəm nazirlikdən... Ona baxmaq mümkündür. İstəyirsən gəl, burda söhbət edək. Mən məktəbdəyəm. Telefon söhbəti deyil da bu... (qarşı tərəf: 5-ə gücüm çatmayacaq). Gəl  də, yanıma gəl, telefon söhbəti deyil. Yaxşı 500... Edə bilərsənmi?.. Mən indi ora cavab verməliyəm, mənə vaxt veriblər. Nə qədər? Onda heç olmasa, bir 300 elə, deyim düzəltsinlər. Nə deyim indi mən? Onda çatdır, gətir. (qarşı tərəf: mənim indi imkanım yoxdur). Verməliyik də  getməlidir ora, (nazirliyi nəzərdə tutur) gələrdin burda söhbət edərdik”.


MediaFax