Beynəlxalq Bank məhkəməyə verildi

Türkiyə Respublikasının hüquqi şəxsi "Provel Tükətim Ürünləri Sanayi və Ticarət” Anonim Şirkəti "Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.

Türkiyə şirkəti bank qarantiyası üzrə ödənişin verilməsinə məcbur edilmə barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq./report.az/

MediaFax