Bəylər Əyyubovun işçisi TƏLTİF EDİLDİ

Azərbaycan prezidenti İlham Əliyev Səftər Heydər oğlu Hacıyevin III dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
S. Hacıyev Azərbaycanda sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə təltif edilib.
 
Qeyd edək ki, Səftər Hacıyev Azərbaycan prezidentinin Təhlükəsizlik Xidmətinin şöbə rəisidir.

MediaFax