Bəxtiyar Hacıyev polislərdən Vaqif Əsədova şikayətləndi - Görüş

Bir neçə gün əvvəl Yol Patrul Xidməti əməkdaşları tərəfindən qanunsuzluqla üzləşdiyini iddia edən gənc fəal Bəxtiyar Hacıyev məhkəmə tərəfindən cərimələndi.
 
Buna baxmayaraq, B.Hacıyev yol polisinin sürücülərlə davranışı, habelə, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı ortaya çıxan və vətəndaşları narahat edən bir sıra məsələləri ictimailəşdirdi. Bundan sonra saytımıza açıqlama verən BDYPİ-nin şöbə rəisi Vaqif Əsədov gənc fəalı dinləməyə hazır olduğunu deyib.

Artıq dünən DYP polkovniki ilə B.Hacıyevin  görüşü baş tutub. Görüşdə B.Hacıyev sürücüləri narahat edən məqamları və bir sıra çatışmamazlıqları DYP rəsmisinin nəzərinə çatdırıb./gununsesi.info/
 


MediaFax