“Beşiktaş”ın Azərbaycana gəlişinin Əsl səbəbi

"Qarabağ”la Azərbaycanda yoxlama oyunu keçirəcəyini açıqlayan "Beşiktaş” Bakıya tam heyətlə gələcək.

Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Səfər zamanı həmçinin "Beşiktaş" klubu ölkəmizdə mağazasını da açacaq. "Qartal yuvası" adlanacaq fan-şop Bakıda fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Qarabağ” – "Beşiktaş” yoldaşlıq oyununun vaxtı hələ dəqiqləşməyib. Bu haqda dünən saytımıza "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl məlumat verib./qaynarinfo.az/

MediaFax