Berdıməhəmmədovun oğlu deputat oldu

Sərdar Qurbanquliyeviç Berdıməhəmmədov Türkmənistan Məclisinin deputatı seçilib.

Virtualaz.org bildirir ki, xəbəri Türkmən televiziyası çərşənbə axşamı yayıb.

Mərkəzi Seçki Komissiyanın seçkilərə və referendumlara həsr olunmuş iclası haqqında televiziya süjetində bildirilib ki, ötən bazar günü parlamentin çıxmış üzvlərinin yerinə üç seçki dairəsi üzrə seçkilər keçirilib və Axalski vilayətinin 24 saylı "Duşak" seçki dairəsi üzrə Sərdar Qurbanquliyeviç Berdıməhəmmədov deputat seçilib.

MediaFax