Bələdiyyə başçısı küçə süpürür - Foto

İtaliyanın Sardiniya adasında  Zerfaliu qəsəbəsində  bələdiyyənin işçi əskikliyi üzündən bələdiyyə sədri  özü küçələri təmizləməyə başlayıb.
 
Zerfaliu bələdiyyəsinə ətraf təmizliyi xidmətlərindən məsul olan son işçinin 6 ay əvvəl təqaüdə çıxması səbəbindən küçələrdə zibil və çirklilik artmağa başlayıb.

Bürokratik əngəllər üzündən yeni işçi qəbul edə bilməyən bələdiyyə başçısı Pinuccio Chelo sonunda qollarını çırmayaraq şəxsən təmizlik işlərinə başlayıb.

Sentyabrın 23-də keçiriləcək bayram öncəsi meydanların təmiz və gigiyenik olmasına diqqət göstərən bələdiyyə başçısı "Vətəndaşlarımızın təmiz və qəşəng bir qəsəbəyə sahib olmağa haqları var" deyib.
 
 

Bələdiyyənin kassasında pul olmasına və şəhər əhalisi arasında işsizlərin də olmasına baxmayaraq bürokratiya maneəsinə görə işçi qəbul edə bilməyən bələdiyyə başçısı  "Həm çox sayda işsiz iş imkanı təmin edə bilər, həm də şəhər mərkəzini gözəlləşdirə bilərdik" deyə şikayətlənib.

Şəhər əhalisi isə bələdiyyə  başçısını küçədə əlində süpürgəylə görməkdən məmnundur.

Sakinlər  küçələri təmizləyərkən gördükləri bələdiyyə başçısı haqqında "Afərin, həqiqətən çalışan bir başçıdır" deyə dəstək verirlər./avropa.info/

MediaFax