Belə oğurluq olmamışdı...

Türkiyənin İzmir şəhərində qəribə oğurluq hadisəsi baş verib.
 
Torbalı qəsəbəsində yaşayan 60 yaşlı Tahsin Yaman yaşadığı məhəllədəki transformatordan kabel oğurluğundan bezərək ora 50 lirə pul və qeyd yazılmış vərəq qoyub.

Tez-tez kabel oğurluğu səbəbindən işıqsız qalan qəsəbə sakini vərəqə "Bu kabeli kəsib 20 lirə qazanacaqsan. Əvəzində sənə 50 lirə pul qoyuram və pulu sənə halal edirəm. Al bu pulu, kabeli oğurlama” yazıb.

Lakin bir müddətdən sonra yenidən kabel oğurluğu olub və transformatordan əlavə 50 lirə və belə məzmunda məktub tapılıb:

"Bu işi pula görə deyil, zövq üçün görürəm. Ümid edirəm ki, bu pul zərərini qarşılayar. Sən bu pulla zərərini ödə, mən yenə kabeli oğurlayacağam”.

Başına gələn tragikomik hadisəni mətbuata bildirən T.Yaman qeyd edib ki, həmin məhəllədə yaşadığı 10 il ərzində 25 dəfə transformatordan kabel oğurlanıb./virtualaz.org/

MediaFax