Bayramda 2 tonluq buğa kəsəcək - Fotolar

Türkiyənin Çorum rayonunun Alaca kəndində 6 il bəslənilən 2 min 207 kiloqramlıq cins buğanı ankaralı iş adamı alıb.

İş adamı Bülent Bolat "Şahin" adlı bu buğanı Qurban bayramında kəsəcək.

Buğanı Müfit Gürses adlı kəndli bəsləyib. O, təsərrüfatında 1 500 kiloqramlıq "Rokki" adlı daha bir buğanın olduğunu söyləyib: "Onun gələn il Qurban bayramında iki tonu keçəcəyinə inanıram. "Rokki"ni də gələn il satacağıq"./report.az/
 


 

MediaFax