Başçı müavininin maşını cərimə meydançasına aparıldı

Xaçmazda maraqlı hadisə baş verib.
 
Rayona bir neçə ay əvvəl polis rəisi təyin edilən Nofəl Məhərrəmov rayonda qayda-qanuna əməl etməyən sürücülərə qarşı ciddi tədbirlərə başlayıb. Rayondakı mənbə xəbər verir ki, polis rəisi icra başçısı Şəmsəddin Xanbabayevin köməkçisinin də avtomobilini cərimə meydançasına aparılmasına göstəriş verib.

Maşının hansı səbəbdən aparılması haqda sayta verilən məlumatı dəqiqləşdirə bilmədiyimizdən yazmadıq. Bəzi xəbərlərə görə, az əvvəl İcra Hakimiyyətinin qanunları pozan digər bir əməkdaşının da maşını belə saxlanılıbmış...

Onu da qeyd edək ki, N.Məhərrəmov iyun ayında Xaçmaza rəis təyin edilib. O, bu vəzifəsinə qədər Nizami rayon polis idarəsinin rəisi işləyib./mia.az/
 


MediaFax