Baş nazirin təyyarəsi təcili yerə endirildi

Türkiyənin baş baziri Binəli Yıldırım Bartına uçmaq üçün yola çıxıb.
 
Amma qalın duman səbəbindən təyyarə Zonquldak hava limanında enmək məcburiyyətində qalıb.

Binəli Yıldırım bu gün Bartin və Sinopda keçirilən mitinqlərdə xalqa müraciət edəcəkdi. Amma Bartinin Çaycuma hava limanında qalın duman qatı təyyarəni Zonquldaka enmək məcburiyyətində buraxıb.

Binəli Yıldırım Zonquldakdan avtomobilllə Sinopa yollanıb./ölkə.az/

MediaFax