Son bir neçə ay ərzində Tbilisinin mərkəzindəki bəzi barlara və gecə klublarına, xüsusilə də Qızılgül meydanındakı gecə istirahət mərkəzlərinə yerli gürcü kişilər buraxılmırdı.
Bu da müəyyən narazılıqlara səbəb olmuşdu. Eyni zamanda, həmin "istirahət məkanları"nda əxlaqa zidd əməllərin törədilməsi barədə məlumatlar dolaşırdı.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili hökumətin yanvarın 11-də keçirilən iclasında Daxili İşlər Nazirliyinə məsələni araşdırmaq barədə tapşırıq verib.
Baş nazir deyib ki, paytaxtın mərkəzindəki bəzi barlara və gecə klublarına qadınlar buraxılsalar da, yerli gürcü kişilər buraxılmırlar: "Həmin "istirahət məkanları"nda qanunazidd əməllərin baş verməsi barədə də məlumatlar dolaşır. Qanun hamı üçün eynidir və hamının hüquqları qanunla qorunur. Mən Daxili İşlər Nazirliyinə və digər əlaqədar təşkilatlara məsələni tez bir zamanda, dinc yolla, qanun çərçivəsində, heç bir reyd keçirmədən, zor tətbiq etmədən araşdırmağı tapşırmışam”.
Artıq Gürcüstan Daxili İşlər Nazirliyi məsələni araşdırmağa bağlayıb. Nazirlik məsələ ilə əlaqədar məlumat yayacağını bildirib./virtualaz.org/
MediaFax