Banklara 300 milyon dollarlıq təklif

Bu gün Azərbaycanda hərraca Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 300 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

Bu barədə bank dairələrindən məlumat verilib.

Məlumata görə, həmin vəsaitin 200 milyon dolları ARDNF-yə, 100 milyonu isə AMB-yə məxsusdur.

Xatırladaq ki, hər dəfə ARDNF hərraca 50 mln. dollar çıxarırdı./report.az/

MediaFax