Bakıda yanğın həyəcanı

Bakı şəhər, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
 
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

MediaFax