Bakıda sərnişin avtobusu “Schacman”la toqquşdu - 9 yaralı var

Bakıdan Gürcüstana gedən avtobus yük maşını ilə toqquşub, xeyli yaralı var

Bakıda ağır yol qəzası baş verib.
 
Hadisə Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Gürcüstana gedən sərnişin avtobusu "Schacman” markalı yük maşını ilə toqquşub.
 
Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-u xəstəxanalara yerləşdirilib, digərlərinə isə ilk tibbi yardım göstərildikdən sonra buraxılıblar.
 
Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı Gürcüstan vətəndaşlarıdır. Həmin şəxslərin adlı siyahısı:
 
1.Pərvanə Qaradalova 36 yaş
2. Rəfayel Aslanov 52 yaş
3. Mahir Aslanov 22 yaş
4. Kanan Abdullayev 23 yaş
5  Emin Məmmədov 33 yaş
6. Əbülfəz Şəmsiyev 28 yaş
7. Azər Meyxanov 41 yaş
8. Naib İsaqov 22 yaş
9. Ruslan Rəhimov 8 yaş
 
Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır./APA/

MediaFax