Bakıda polis bölməsinin də yerləşdiyi Köçkün yataqxanası yandı

Sabunçu rayonu ərazisində yataqxana yanıb.

"Qafqazinfo” xəbər verir ki, ötən gecə saat 5 radələrində Bakıxanov qəsəbəsi, Məktəbli küçəsi 6 ünvanında yerləşən məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın baş verib. İknici mərtəbədə başlayan yanğın üçüncü mərtəbəyə də keçib. Hadisə yeinə cəlb olunan yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını alıblar. Sakinlərin verdiyi xəbərə görə hadisə nəticəsində ikinci mərtəbənin mətbəxi də daxil olmaqla bir hissəsi yanıb.

Qeyd edək ki, sözügedən binada 13-cü polis bölməsi də yerləşir.

MediaFax