Bakıda otel yandı

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus oteldə ümumi sahəsi 50 m² olan 3 otaqlı kotecin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd çarpayı yanıb.
 
Kottecin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb./APA/

MediaFax