Bakıda otel sökülür - Abutalıbov da ordadır

Bakı şəhərində yerləşən "Araz” oteli sökülür.
 
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, hazırda Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da söküntü gedən ərazidədir. 

Qeyd edək ki, adıçəkilən otel Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşir. Köhnə tikilidə söküntünün hansı məqsədlə aparılması ilə bağlı hələ ki, məlumat yoxdur./qafqazinfo.az/
 

MediaFax