Bakıda marşrut avtobusu aşdı - Köməyə kran gəldi

Bakıda daha bir avtobus qəzası baş verib.
 
Hadisə Xətai rayonu, Zığ şossesində qeydə alınıb. 44 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb. Hadisə yerinə cəlb edilən qaldırıcı maşınla avtobus aşdığı yerdən çıxarılıb.
 
Xətai rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb. 

MediaFax