Bakıda iki avtobus toqquşdu - Video

Bu gün Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində iki avtobusun iştirakı ilə yol qəzası baş verib.

Qəza Əhməd Mehbalıyev küçəsində qeydə alınıb. Hadisə nəticəsində təlafat qeydə alınmayıb, lakin bir neçə sərnişin yüngül xəsarət alıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər.

Qəzanın baş vermə səbəbləri araşdılır./salamnews.org/
 

MediaFax