Bakıda həbsxana yanıb - Yenilənib

18:24 
 
Bakıda həbsxanada yanğın baş verib. 
 
Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, yanğın Xətai rayonu ərazisində, Sabit Orucov küçəsində yerləşən yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisədə baş verib. 

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.  

Yanğının müəssisənin zirsəmi hissəsində baş verdiyi bildirilib. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.
 
-----------
19:08 
 
Bakıda Daxili İşlər Nazirliyinin Xətai rayonu, N.Əliyev küçəsi, 15 ünvanında yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş vermiş yanğın söndürülüb.

Hadisəyə səbəb müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanma olub./report.az/
 
 
MediaFax