Bakıda ev partladı - Yaralı var

Bakıda yaşayış evində partlayış olub.
 
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Adil Kazımovun evində baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə ev dağılıb, xəsarət alan A.Kazımov xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır./APA/

MediaFax