Bakıda əhaliyə qarşı təxribat - Zəhərli disklər paylanır

Bakıda küçələrdə və metro stansiyalarının çıxışlarında sakinlərə zəhərli disklər paylanır.

Əldə etdiyimiz məlumata görə, həmin diskləri paylayanlar onun içərisində dini məlumatların, Quran ayələrinin olduğunu deyirlər.

Diski alanlar isə onu açanda zəhərlənirlər. Zəhərlənmə səbəbinin nə olduğunu dəqiq bilməsələr də, onlarda baş ağrısı, ürəkbulanma əlamətləri müşahidə edilir.

Əldə etdiyimiz məlumata görə, artıq paytaxtda polislərə həmin disk paylayan şəxslərə qarşı tədbir görülməsi üçün tapşırıq verilib./publika.az/

MediaFax