Bakıda Dubay nömrəli “Lamborghini” sürən ərəb şeyxi deyil - Məmur oğlu imiş

Bəzi məmur uşaqları yeni üsula əl atıblar.
 
Bakıda yarım milyonluq "Lamborghini" markalı avtomobilin sahibi ərəb şeyxi yox, azərbaycanlıdır. Bu barədə saytımızın əldə etdiyi məlumata görə, L 1117 Dubai nömrəli həmin avtomobil Bakıda bir neçə aydır sürülür. Son aylar Azərbaycana ərəb turistlərin axın etdiyi bir zamanda insanlar həmin avtomobilin sahibinin ərəb şeyxlərindən biri olduğunu zənn edirdilər.

Lakin indi məlum olur ki, bu avtomobil Azərbaycanın yüksək rütbəli məmurlarından birinin ailə üzvünün avtomobilidir. Həmin avtomobili vaxtilə Dubayda sürən bu şəxs gözə girmək, diqqət mərkəzində olmamaq üçün maşını Bakıya gətirmirmiş. Lakin ərəb turistlərin Bakıya axını başlayandan sonra həmin avtomobil də müxtəlif vasitələrlə Azərbaycana gətirilib./avtosfer.az/





MediaFax