Bakıda daha bir avtobus qəzası: yaralılar var

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var.

Hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparılır./report.az/

MediaFax