Bakıda cibgir qadın ələ keçdi

Bakıda cibgirliklə məşğul olan qadın tutulub.

DİN bildirir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bakı şəhər sakini Şəhla Əliyevanın cibindən içərisində 142 manat və şəkillər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Roza Ağammədova tutulub.

Araşdırma aparılır.

MediaFax