Bakıda bu qədər ağacı niyə doğrayıblar? - Video

Bakıda ağacların qanunsuz qırılması ilə bağlı müntəzəm olaraq xəbərlər gəlir.
 
Bu dəfə isə reportyorumuz  6-cı mikrorayonda yerləşən Dendraparkda (keçmiş "Pitomnik”) doğranaraq üst-üstə qalaqlanmış ağacların şahidi olub.

Virtualaz.org xəbər verir ki, qırılan ağaclar doğrandığından və oduncaq şəklində salındığından cəmi nə qədər ağacın kəsildiyini müəyyən etmək mümkün deyil.
 
Qalaqlanmış ağacların bəziləri quru olsa da, əksəriyyətinin yaş və sağlam olduğu çəkilən videodan da aydın görünür.  Eləcə də məlum deyil ki, bu ağaclar Dendraparkın ərazisində qırılıb, yoxsa başqa yerdən doğranaraq ora daşınıb. Hər halda hansısa məqsədlə növbəti dəfə kütləvi ağac "edamı” göz qarşısındadır./virtualaz.org/
 

MediaFax