Bakıda bina yanıb - Yenilənib

14:36 
 
Bakıda yaşayış binası yanır.
 
Hadisə paytaxtın Rəşid Behbudov küçəsində, 8 saylı məktəbin qarşısında yerləşən yaşayış binasında qeydə alınıb. Binadakı evlərdən birində baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 
--------------
15:05 
 
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
 
Yanğın az ərazini əhatə edib və qarşısı alınıb./APA/

MediaFax