Bakıda sərnişin avtobusu alışıb-yandı - Fotolar

Bu gün səhər Xətai rayonunda sərnişin avtobusunun mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtobusun qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Hadisə 49 saylı marşrut xətti üzrə işləyən avtobus Babək prospektində hərəkət etdiyi vaxt baş verib.

Xoşbəxtlikdən sərnişinlər arasında xəsarət olan olmayıb./criminal.az/
 




MediaFax