“Bakıda 238 binanın zirzəmisi su ilə doludur”

Kanalizasiya sisteminin sıradan çıxması nəticəsində su yaşayış binalarının zirzəmisinə dolur.
 
Bu ilin ilk aylarında aparılan monitorinqlər zamanı 238 zirzəminin su ilə dolduğu bəlli olub.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov mərkəzin yarımillik fəaliyyətinə həsr olunan tədbirdə bildirib.

Z.Kazımov deyib ki, xüsusilə Xətai və Qaradağ rayonlarında suyun zirzəmiyə axıdılması hallarına rast gəlinib. "Sovetlər dönəmində inşa edilən 9 mərtəbəli binalarda kanalizasiya sistemi illərlə təmir olunmayıb. Mərkəzin nümayəndələri zirzəmidəki sudan nümunələr götürülərək laboratoriyada yoxlanılıb. Analizlərin nəticələri ilə bağlı yerli icra orqanlarına məlumatlar verilib” -, deyə Z.Kazımov əlavə edib./virtualaz.org/

MediaFax