Dəniz azyaşlı bacıları qərq etdi - Bakıda faciə

Bakıda iki bacı dənizdə batıb.
 
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb. Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.
 
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarıblar. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
 
Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş./apa.az/

MediaFax