Bakıda 1 milyon manatlıq maşın sürən tələbə var - Foto

Bu gün Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər.

"Lamborghini Aventador LP-740" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları (1 milyon manatdan baha) olduğu bildirilir. Maşının isə "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsus olduğu bildirilir./mənbə: criminal.az saytı/

Lakin iş adamı hələ 2 il bundan öncə mətbuata açıqlamasında həmin maşının oğluna aid olduğunu inkar etmişdi.
 



MediaFax