Bakı metrosu avtobus alır

"Bakı Metropoliteni” QSC 26-30 oturacaqlı avtobusların alınması ilə bağlı tender elan edib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilənməlumata görə, tenderdə iştirakın dəyəri 200 manatdır.

Tender təklifləri bank təminatı ilə birlikdə 2016-cı il dekabrın 6-a qədər təqdim olunmalıdır.

Tender zərfləri dekabrın 7-də saat 15:00-da açılacaq./fins.az/

MediaFax