Bacıların paltar davası ölümlə bitdi - FOTO

Türkiyədə cinayət faktı qeydə alınıb. İki bacı arasında yaranan mübahisə ölümlə nəticələnib. 

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Manisada 19 yaşlı Əminə 15 yaşlı ögey bacısı Yağmuru bıçaqlayaraq öldürüb. 

O, bacısına "mənim paltarlarımı haraya qoymusan?" deyə əsəbləşib. Onlar arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Əminə Yağmuru ağır yaralayıb.

Ağır yaralanan Yağmur xəstəxanaya çatdırılsa da, o, həyatını itirib.

Əminə polislər tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə Əminə həbs edilib.




MediaFax