Azyaşlılar meyvədən zəhərləndi - Özəl

Sentyabrın 14-də Sumqayıt şəhərində yaşayan azyaşlılar -Şahvələd Qurbanov, Qəmər Hadıyeva, Yusif Sultanov və bacısı Əsnad qidadan (dərmanlanmış gavalı və üzüm) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Mediafax.Az-a açıqlamasında bildirib ki, adı gedən meyvələrə may ayından etibarən hər yağışdan sonra kükürd duzu vururar: "Bu, çox zəhərləyici maddədir. Bunu meyvəyə ziyanvericilərdən qorunmaq üçün vururlar. Məsələn, Quba zonasında meyvəni 16 dəfə dərmanlayırlar. Düzdür, bu məsələdə dərmanların təsirsizliyi də mühüm rol oynayır. Amma kənd təsərrüfatı məhsullarını yetişdirmək üçün bu cür dərmanlardan istifadə olunur”. 

E.Hüseynov qeyd edib ki, Azərbaycanda  zəhərlənmələr ümumdünya göstəricilərindən 25 dəfə az göstərilir: "Çünki əhalinin təhlükəsizliyi ilə sertifikat verən orqan bir əldədir”.

MediaFax