Azərbaycanlı tələbə İstanbulda faciəvi şəkildə öldü - Qəza ardınca qəza

Türkiyənin İstanbul şəhərində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı ölüb.
 
NTV-nin verdiyi xəbərə görə, İstanbuldakı Aydın Universitetində təhsil alan 20 yaşlı Fəırman Məmmədli Azərbaycan nömrə nişanlı avtomobillə qəza törədib. O, İstanbulun Esenler rayonu ərazisində hərəkət edərkən avtomobili yol kənarındakı baryerlərə çırpıb. Avtomobildən çıxan F. Məmmədli yol kənarına qəza üçbucağı qoyarkən başqa bir avtomobil tərəfindən vurulub. Nəticədə o, hadisə yerində ölüb. 
Sosial səhifələrdə 

MediaFax