Azərbaycanlı hakim daha bir oyunu idarə edəcək - Avropa Liqasında

FIFA referimiz Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində daha bir oyunu idarə edəcək. 

Fanat.Az xəbər verir ki, o, "Konyaspor” - "Braqa” oyununa təyinat alıb. 

Ağayevə kömək edəcək hakimlər briqadası - Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Həşimov, Orxan Məmmədov, Rəhim Həsənov. 

Əliyar Ağayevin işinə Nikolay Levnikov qiymət verəcək.

MediaFax