Azərbaycanlı gənc bu maşını özü düzəldib - Foto

Azərbaycanlı gənc Sübhan Sadıqov bir il öncə "Formula-1” avtomobilinin ixtirası ilə gündəmə gəlmişdi.
 
Bu dəfə Sübhan Sadıqov yeni ixtirası ilə diqqəti cəlb edib. O, yeni hazırladığı "LOTOS” avtomobilini təqdim edib. Bizimlə söhbəti zamanı o bu maşın üzərində təxminən 6 aydan artıq bir vaxtda çalışdığını və təkcə materiallara 7.000 manata yaxın vəsait sərf olunub.

"Avtomobillərə marağım böyükdür. Bütün dünyada bu tip əllə düzəldilən maşınlara maraq böyük olur. Bu model üzərində 7 aydır ki, çalışıram. Bu model 70-cı illərdə istifadə olunub. Düzdür tam hazır vəziyyətdə olmasa da sürmək mümkündür.”/femida.az/

MediaFax