Məhərrəm Əliyevin deputat qardaşı rinqə çıxır

Azərbaycan kikboks federasiyasının prezidenti, millət vəkili Adil Əliyev rinqə çıxır. 

Bu barədə Azərbaycan kikboks üzrə milli komandasının baş məşqçisi Çingiz Eyvazov saytımıza açıqlama verib:

"Adil müəllim veteranlar arasında dünya çempionu olub. O, oktyabrın 23-də baş tutacaq Dünya çempionatında veteranlar arasında döyüşəcək". 

Məlumata görə, millət vəkili bir müddətdir ciddi təlim-məşqlər keçir./aznews.az/

MediaFax