Azərbaycanlı deputat QHT yaratdı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyri-hökumət təşkilatı yaradıb.
 
Deputatın qanuni təmsilçisi oğlduğu "Siyasi Psixologiya Mərkəzi” İctimai Birliyi bu yaxınlarda Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. Qeyd edilir ki, təşkilatın yaradılmasında məqsəd baş verən siyasi və sosial hadisələrin, mövcud davranışların elmi-psixoloji tədqiqi, habelə bilik və bacarıqlardan istifadə etməklə şəxsiyyətin inkişafına kömək etməkdir.

Qeyd edək ki, Səməd Seyidov psixologiya elmləri doktoru, professordur. O, Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür.

Deputat Azərbaycan Dillər Universitetinin keçmiş rektoru olub. S.Seyidov Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir./modern.az/

MediaFax